Ermənistan rəsmisi Bakıya gəlir


11:10     13 Dekabr 2018 2018/12/ashot_1544685851.jpg

Sabah Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.


Femida.az xəbər verir ki, iclasda Ermənistan da təmsil olunacaq. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.

Yerevanı iclasda Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib.

QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Femida.az

Açar sözlər: #Ermənistan   #Azərbaycan   #siyasət   #QDİƏT  

Oxunub: 638