“Ford-transit”dən külli miqdarda narkotik çıxdı


11:17     13 Dekabr 2018 axar.az1389862472tiryek.jpg

Ötən gün Biləsuvar rayonunda polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dekabrın 11-də daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xırmandalı kəndi ərazisində “Ford-transit” markalı avtomobil saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Şahin Qəfərovun idarə etdiyi həmin nəqliyyat vasitəsindən çəkisi 8 kiloqram 55 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 411


Oxşar xəbərlər