Daha 1115 şəhid hərbçinin vərəsələrinə 11 min manat ödənildi


11:37     13 Dekabr 2018 004m0mlhn2bq5amjo0ejku1lg0emek-ve-sosial-mudafie-nazirliyi36.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan və nazirlikdəki İşçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1115 şəhid hərbi qulluqçunun 1509 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.

Femida.az xəbər verir ki, iclasda sənədlər notarial qaydada vərəsələrdən qəbul edilərək, həmin qərar əsasında vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.

Beləliklə, 9 min 531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Bu günədək onlardan artıq 2 min 338 şəhid hərbi qulluqçu üzrə 3 min 038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.

Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara SMS vasitəsilə bildiriş göndərilir.

Femida.az

Açar sözlər:

Oxunub: 446