"Özüm bilərəm" - Avtobusu qapısı açıq şəkildə idarə edən sürücüdən sərnişinə cavab +VİDEO


11:38     13 Dekabr 2018 2018/12/405586355_1544686828.jpg

Bakıda ictimai nəqliyyatda daha bir qayda pozuntusu yaşanıb.

Femida.az xəbər verir ki, hadisə 18 saylı marşurut xətti ilə hərəkət edən avtobusda yaşanıb. 10 -TH-327 dövlət nömrə nişanlı avtobusun sürücüsü bir neçə dəfə ciddi qayda pozuntusuna yol verib. Belə ki, Hüseyn Cavid prospekti ilə hərəkət edən sürücü ilk öncə qaydaları pozaraq sərnişinləri qarşı qapıdan düşürüb.Daha sonra əsəbi halda avtobusun qapısı açıq şəkildə nəqliyyat vasitəsini idarə edib. Daha sonra qeyd olunan avtobusun sürücüsü iki dəfə qəza şəraiti yaradır. Sərnişinlərdən sürücüyə etiraz edən olsa da, o buna məhəl qoymayıb. "Özüm bilərəm, sizin yaşınız qədər mənim stajım var", deyərək əsəbi halda idarə etməyə davam edib. Xatırladaq ki, 18 saylı marşurut xəttinə “Xaliq Faiqoğlu” MMC nəzarət edir.Şirkət 2002-ci ildə fiziki şəxs kimi Rusiya istehsalı olan az sayda Qazel markalı mikroavtobusla 65 saylı xətt üzrə xidmət göstərməyə başlayıb.

Sözü gedən görüntüləri təqdim edirik:




Femida.az məsələ ilə bağlı “Xaliq Faiqoğlu” MMC-nin də mövqeyini təqdim edəcək.

Miri Məcidli
Femida.az


Açar sözlər: #avtobus   Vözbaşnalıq   #Video  

Oxunub: 1765