Məcburi köçkün 15 yaşlı qızı qaçırdı


11:42     13 Dekabr 2018 qiz%20qacirmaq32.jpg


Bərdə rayonunda 15 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

Hadisə rayonun Şorəlli kəndində baş verib.

Belə ki, kənd sakini 2003-ci il təvəllüdlü Ş.H. həmyerlisi İsmayılov Habil Eyvaz oğlu tərəfindən evlənmək məqsədilə qaçırılıb.

Hadisədən xəbər tutan qızın valideynləri dərhal polisə məlumat veriblər.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları 8-ci sinif şagirdini qaçırmaqda şübhəli bilinən H.İsmayılovun saxlanılması üçün əməliyyat axtarış tədbirlərinə başlayıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.(report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 771