Polisə zəng edib “bomba partlayacaq” dedi


12:08     13 Dekabr 2018 2018/04/telefon_1523961047.jpg

Dekabrın 12-də saat 18 radələrində “102”yə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.



Bu haqda Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

Polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib

Femida.az

Açar sözlər:

Oxunub: 547