"Lavrov Bakıda Qarabağ münaqişəsini müzakirə edəcək" - Zaxarova
13:25 13 Dekabr 2018
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistin bu ölkənin XİN başçısı Sergey Lavrovun Bakıya səfəri ilə bağlı sualına cavab verərkən bildirib.
"Rusiya xarici işlər nazirinin bölgəyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi həmişə əsas mövzulardan biri olur. Bu, əlbəttə ki, Rusiyanın bu prosesin həmsədr ölkəsi olması və bu mövzunin hər iki ölkə üçün vacib olması ilə əlaqədardır", - o deyib.
Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Bakıya gələcək.(Report)
Femida.az
Oxunub: 699
Oxşar xəbərlər
- Lavrov gələn həftə Azərbaycana səfər edəcək
- Lavrov Qərbin Rusiyadan 300 milyard dollar oğurladığını söyləyib
- Lavrov Avropa ölkələrinə xəbərdarlıq edib: "Qırmızı xətlərimiz var"
- Lavrov ATƏT sədri ilə Qarabağı müzakirə edəcək
- Lavrov Çavuşoğlu ilə görüşəcək
- Lavrov Almaniya Müdafiə Nazirliyinin təhdidlərinə cavab verib
- Lavrov BMT rəsmisi ilə Qarabağı müzakirə edəcək
- Lavrov Mirzoyanla görüşüb
- Lavrov erməni həmkarı ilə mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib
- Lavrov Ermənistan və Azərbaycanı ritorikanı yumşaltmağa çağırıb