DSX 110 ədəd pirotexniki vasitə aşkarlayıb


15:40     13 Dekabr 2018 2018/12/48360-1544699902_1544701500.jpg

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Qax rayonunun Lələli kəndi yaxınlıqdakı sərhəd zastavasının xidməti ərazisində, Alazan çayının kənarında gizlədilən 2 ədəd bağlamada müxtəlif çeşidli 110 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Femida.az xəbər verir ki, bu barədə DSX-nın Mətbuat Mərkəzinin məlumatında qeyd olunub.

Bildirilib ki, faktla əlaqədar əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 401