Türkiyəyə gedən qadın təyyarədə ana oldu - FOTO


18:04     13 Dekabr 2018 2018/12/48210-3089408942_1544706344.jpg

Türk Hava Yollarının Kinşasa-Librevil-İstanbul reysi ilə uçan təyyarəsində uşaq dünyaya gəlib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Konqonun paytaxtı Kinşasadan yola çıxan sərnişin Musuamba Mıçoukayembənin təyyarə havaya qalxdıqdan 3 saat sonra sancıları başlayıb.

Nəzarətçilər və digər sərnişinlər dərhal ona kömək ediblər. Məlum olub ki, xanım sərnişin hamilədir. Getdikcə sancıları şiddətlənən qadın təyyarədə doğuş etmək məcburiyyətində qalıb. Uşağa Benel adı qoyulub.

Açar sözlər:

Oxunub: 495