Daha bir dələduz hakim qarşısında - 456 min manat
18:14 13 Dekabr 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azad Rufullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.
Prokuror A.Rufullayevin 11 il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, A.Rufullayev Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Şəhər Ekspertiza Mərkəzində çalışarkən Əjdər adlı şəxslə qabaqcadan əlbir olaraq Azad Şərifova qarşı külli miqdarda dələduzluq edib. Onlar zərərçəkmiş A.Şərifovdan İraqda biznes qurmaq adı ilə 456 min manat pul alıb.
A.Rufullayev ifadəsində deyib ki, bu işdə yalnız Əjdər adlı şəxslə A.Şərifovu tanış edib. Sonra isə tərəflər arasında biznes qurmaq üçün danışıqlar olub. Plana əsasən A.Şərifov İraqda təsərrüfat mallarının satılması üçün mağaza açmaq istəyib.
Mağaza açılsa da, qazancı nəzərdə tutulan kimi olmayıb və buna görə də tərəflər arasında narazılıq yaranıb.
A.Rufullayevə qarşı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 312-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.
Oxunub: 521
Oxşar xəbərlər
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Daha 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib
- Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib
- Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
- Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür
- Daha 2 koronavirus xəstəsinə cinayət işi açılıb
- Daha bir qrup şəxsin təqaüdü artırılıb
- Daha 1772 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb
- Daha bir məktəbdə əyani tədris bərpa olundu
- Daha 1 795 nəfər koronavirusa yoluxub, 28 nəfər ölüb