Fransada etirazçı faicəvi şəkildə öldü


18:31     13 Dekabr 2018 2018/12/712244_1544706851.jpg

Fransada "sarı jiletlilərin" hökumətə qarşı etiraz aksiyasında iştirak edən nümayişçilərdən biri yük maşının altında qalıb.



Femida.az xəbər verir ki, bu haqda RTL yerli prokurorluğa istinadən məlumat yayıb.

Avinyon şəhərində ötən gecə baş vermiş insidentdə ağır bədən xəsarətləri alan şəxs dünyasını dəyişib.

Avinyonun prokuror müavini Karolina Arman qəzanı törədən sürücünün 26, zərərçəkənin isə 23 yaşında olduğunu bildirib. Hadisəni törədən şəxs həbs olunub.

İnsidentin yaşandığı yolu "sarı jiletlilər" bağladığından müstəntiqlər yük maşını sürücüsünün avtomobili qəsdən etirazçıların üzərinə sürüb-sürmədiyini müəyyən etməyə çalışır.

Qeyd edək ki, bu, Fransada noyabr ayının ortalarından başlanan "sarı jiletlilərin" etiraz aksiyalarından bəri ölən sayca altıncı nümayişçidir.

Femida.az

Açar sözlər:

Oxunub: 478