Gömrükdə qaçaqmal siqaret aşkarlanıb


17:14     13 Dekabr 2018 2018/12/48281-1544706213_1544706917.jpg

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb.


Dövlət Gömrük Komitəsindən Femida.az -a verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus əl yükündən əvvəlcədən gömrük orqanına bəyan olunmayan 5000 ədəd "Senator" adlı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 527