UEFA-dan “Qarabağ”a 2 milyon pul köçürülüb


17:20     13 Dekabr 2018 qarabaggg.jpg

Azərbaycanı avrokuboklarda təmsil etmiş klubların hesabına UEFA tərəfindən pul köçürülüb.



Femida.az xəbər verir ki, pul vəsaiti “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “Keşlə”nin hesabına köçürülüb.

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna və 2018/19-cu il mövsümünün qaydalarına uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb:

UEFA Çempionlar Liqası:
Qarabağ - 1.140.000 avro (2.194.956 manat)

UEFA Avropa Liqası:
Keşlə - 240.000 avro (462.092 manat)
Neftçi - 240.000 avro (462.092 manat)
Qəbələ - 240.000 avro (462.092 manat)

Qeyd: UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Keşlə” (sabiq “İnter”) klubu üçün ayrılmış 25.010 avro vəsait 2017-ci ildə “İnter” Futbol Klubunun borcları AFFA tərəfindən ödənildiyi üçün AFFA-nın balansında saxlanılır.

Açar sözlər:

Oxunub: 473