Zakir Həsənov NATO generalı ilə Qarabağı müzakirə edib


17:24     13 Dekabr 2018 2018/12/9ce4f-1544706709_1544707571.jpg

Dekabrın 13-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin rəisi general-leytenant Kris Uaytkross ilə görüşüb.

Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, qonağı salamlayan Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq proqramları, xüsusi ilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini vurğulayaraq bu istiqamətdə göstərilən dəstəyə görə öz təşəkkürünü bildirib.

General-leytenant K.Uaytkross Müdafiə Kollecinin fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycana səfərdən məmnun qaldığını, göstərilən qonaqpərvərliyə, müxtəlif qurumlarda görüşlərin təşkilinə görə bütün heyət üzvləri adından Müdafiə nazirinə minnətdarlığını bildirib.

Qonaq Müdafiə Kollecinin təşkil etdiyi mövcud kursların vacibliyini qeyd edərək bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.


Femida.az

Açar sözlər:

Oxunub: 420