6 ölkədə Azərbaycanın turizm nümayəndəliyi açılacaq
18:36 13 Dekabr 2018
Azərbaycanın 6 ölkədə rəsmi xarici turizm nümayəndəliklərinin fəaliyyətə başlaması üzrə müqavilə imzalanıb.
Dövlət Turizm Agentliyindən Femida.az-a verilən məlumata görə, müqaviləyə əsasən “Travel Consul Agency Network Worldwide” şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə 6 ölkə üzrə Azərbaycanın rəsmi turizm nümayəndəlik ofislərinin açılması hüququnu əldə edib.
Almaniyanın Frankfurt (Lieb Management & Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanının Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited), Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.
Nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.
Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti həmçinin Azərbaycana aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət edəcək.
Femida.az
Oxunub: 493
Oxşar xəbərlər
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- 62 erməni hərbçisi Azərbaycanın 7 xüsusi təyinatlısına necə təslim oldu?
- 65 yaşlı kişinin meyiti tapılıb
- 6 manata görə quldurluq etdilər
- 6 yaşlı uşağa it HÜCUM ETDİ
- 6 uşaq sığınacaq və körpələr evinə yerləşdirilib
- 690 bal toplayan Prezident təqaüdçüsü yol qəzasında öldü
- 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib
- 6 ildə İİV-in anadan uşağa yoluxması qeydə alınmayıb
- 6 xəstəxanada pozuntular aşkarlandı - Sənədlər Baş Prokurorluğa göndərilib