Bu il idmançılarımız 263 qızıl medal qazanıb


18:57     13 Dekabr 2018 2018/12/15446-1544695705_1544708281.jpg

2018-ci ildə ölkəmizdə iqtisadi məsələlər çox uğurla həll edilib.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı bildirib.


İdman sahəsində qazanılan qələbələrdən danışan Prezident İlham Əliyev deyib ki, idmançılarımız bu il 800-ə yaxın medal qazanıb, onlardan da 263-ü qızıl medaldır. “Bu qələbələr sadəcə idman qələbəsi deyil. Bu qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, Azərbaycanı dünyada güclü idman ölkəsi kimi tanıdır, ölkəmizi təbliğ edir”, - deyən dövlətimizin başçısı idmançılarımzın həyatda da gözəl nümunə göstərdiklərini diqqətə çatdırıb.

Artıq regionlarda 44 olimpiya idman mərkəzinin fəaliyyət göstərdiyini, gələn il 3 belə mərkəzin inşa olunacağını deyən Prezident İlham Əliyev ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsinin artıq ənənəyə çevrildiyini, Azərbaycanın uğurlarının beynəlxalq idman təşkilatları tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayıb.

Gələn il Bakıda Avropa Gənclər Olimpiya Festivalının, tarixdə ilk dəfə olaraq Bakıda futbol üzrə Avropa liqasının final görüşünün keçiriləcəyini deyən dövlətimizin başçısı artıq idmanın cəmiyyətimizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 467