Ağdamda Qarabağ xanlığının döyüş silahları tapılıb


17:47     13 Dekabr 2018 2018/12/0d243c0c-9054-446d-83f2-f0bc70f3acf1_1544709806.jpg

Ağdam rayonunda 3 əsrdən çox yaşı olan qədim döyüş silahları tapılıb.


Yerli sakinlər tərəfindən aşkar edilən qılınc, nizə və ox ucları rayon tarix diyarşünaslıq muzeyinə təhvil verilib.

Ağdam rayon Tarixi Diyarşünaslıq Muzeyinin fond müdiri Xatirə Kərimova bildirib ki, Mahrızlı və Qaradağlı kənd sakinləri uzun illərdir evlərində saxladıqları qədim döyüş alətlərini muzeyə könüllü şəkildə təhvil verilib. Hazirda həmin alətlər muzeydə eksponat kimi qorunub saxlanılır və nümayiş etdirilir.

Qədim döyüş silahları XVII-XVIII əsrə, Qarabağ xanlığı dövrünə aid olduğu ehtimal edilir. (Report)

Femida.az

Açar sözlər:

Oxunub: 647