MSK İsgəndər Həmidovun şikayətinə baxdı

MSK İsgəndər Həmidovun şikayətinə baxdı


17:58     16 Oktyabr 2015 c5caa3f4-c295-4de8-9206-02bf3478bda8.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünki iclasında 123 saylı Kəlbəcər Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan İsgəndər Həmidovun şikayətinə baxılıb.


Femida.az-ın məlumatına görə, İ.Həmidov müraciətində seçkiqabağı təşviqatın aparılmasına imkan yaradılmadığını bildirib. O qeyd edib ki, təşviqat aparmasında maneçilik törədilir.

MSK sədri Məzahir Pənahov deyib ki, deputatlığa namizədlərin sayının çox olması və yerlə bağlı problem ola bilər. O, MSK üzvlərinə məsələni araşdırmağı tapşırıb.

MSK məsələni baxılması üçün 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasına göndərib.

Açar sözlər:

Oxunub: 1176