Bu tələbələrin təhsil xərclərini Gənclər Fondu qarşılayacaq - RƏSMİ
20:15 13 Dekabr 2018
Azərbaycan Gənclər Fondu Sosial Müdafiəyə Xüsusi Ehtiyacı olub seçilmiş Ali təhsil müəssisələrində təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticəsini elan edib.
Bu barədə Femida.az-a Fonddan məlumat verilib.
Müsabiqədə iştirakla bağlı 2-18 noyabrda sənəd qəbulu həyata keçirilib.
Ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılıb. Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub, sayt üzərindən Fonda öz ərizələrini göndəriblər.
Müsabiqəyə, ümumilikdə, 724 tələbə müraciət edib, onlardan 678 ərizə ilkin texniki ekspertizandan keçib və müraciətlərin nəticəsi olaraq 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilib və Fondun saytındakı siyahıda həmin şəxslərin adları qeyd edilib.
Femida.az
Oxunub: 512
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir