İlham Əliyev MDB liderlərinin iclasında - (Foto)


17:58     16 Oktyabr 2015 a1f0375e2.JPG


MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası başa çatıb

Qazaxıstanın Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası çərçivəsində dövlət başçılarının məhdud tərkibdə keçirilən iclası yekunlaşıb.

Femida.az xəbər verir ki, iclasda Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistan prezidenti Serj Sarkisyan, Rusiya prezidenti Vladimir Putin, Qırğızıstan prezidenti Almazbek Atambayev, Tacikistan prezidenti Emomali Rahmon, Özbəkistan prezidenti İslam Kərimov, Moldovanın xarici işlər və Avropaya inteqrasiya nazirinin müavini Andrey Qalbur, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Satlık Satlıkov iştirak edib.
Öncə iştirakçılarını salamlayan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Belarus Prezidenti Aleksandr Lukaşenkonu yenidən dövlət başçısı seçilməsi, həmçinin Qırğızıstanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb.

Qazaxıstan dövlətinin başçısı bildirib ki, MDB-nin sədri kimi ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışıb. Qazaxıstan Prezidenti təşkilatın üzv ölkələr arasında çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı platforma olduğunu qeyd edib. İclasın gündəliyindəki məsələlərdən danışan Nursultan Nazarbayev burada qəbul ediləcək qərarların, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.

O, qeyd edib ki, iclasda BMT-nin 70 illiyi və Çernobl AES-də baş vermiş qəzanın 30 illiyi ilə bağlı sənədlərə baxılacaq. Bundan başqa, prezidentlər miqrasiya, cinayətkarlıqla mübarizə, mədəniyyət, fövqəladə halların aradan qaldırılması və bu barədə xəbərdarlığın olunması, sərhədlərin qorunması, hərbi sahədə əməkdaşlıq məsələlərini əks etdirən sənədləri qəbul edəcəklər.

Açar sözlər:

Oxunub: 1172