Qayınata və gəlin 14 il sonra həbs edildi
18:08 16 Oktyabr 2015
Azərbaycanda 14 il əvvəl qətl törətməkdə təqsirləndirilən qayınata və gəlin barəsində həbs qətimkan tədbiri seçilib.
Femida.az-ın məlumatına görə, Quba rayon Məhkəməsinin qərarı ilə Həsən Əliyev və onun gəlini Yeganə Ərəbova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərarla razılaşmayan H. Əliyev isə apellyasiya şikayəti verib. Onun şikayətinə yaxın günlərdə baxılacaq.
Qeyd edək ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsən Əliyev tutulub.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar 2001-ci ildə Əliyev Elman Həsən oğlunu qətlə yetirərək, doğrayıb yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar.
Qeyd edək ki, Elman Əliyev Həsən Əliyevin oğlu, Yeganə Ərəbovanın isə həyat yoldaşı olub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 1003
Oxşar xəbərlər
- Qayınatasının evini soyan şəxsə hökm oxundu
- Qayınatasının şikayətinə görə həbs edilən polis azadlığa buraxıldı
- Qayınatasını öldürən şəxsə hökm oxunub
- Qayınata oğlunu öldürən gəlinini bağışladı
- Qayınata və gəlinin faciəli sonu - Yevlaxda ağır qəza
- Qayınata kürəkənini bıçaqladı
- Qayınatası maşını əlindən aldı, kürəkəni də evini yardı
- Qayınata gəlinini yaba ilə öldürdü - Xaçmazda dəhşət
- Qayınatasını öldürən şəxsə 10 İL HƏBS
- Qayınata kürəkənini döydü – Samuxda