“Qaçın burdan!” — Azərbaycanlı azarkeşlər erməni təxribatçılarının dərsini verdi (VİDEO)


10:24     14 Dekabr 2018 2018/12/Clipboard02-1_1544768743.jpg

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda baş verən erməni təxribatı “Emireyts” arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına yol açıb.


Femida.az xəbər verir ki, oyunun keçirildiyi meydana əlində qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını tutan erməni azarkeş çıxıb.

Stadionun mühafizəçiləri dərhal onu meydandan kənarlaşdırıblar.




Bundan sonra sosial şəbəkələrdə azərbaycanlı azarkeşlərin stadionu tərk edən erməniləri ələ saldığını, xüsusilə qondarma rejimini bayrağını daşıyan erməni azarkeşlərindən birinin ünvanına təhqir və məsxərə dolu ifadələr işlətdiyini görmək olur. Onlar deməyə söz tapmayıb, qorxularından sakit şəkildə yollarına davam ediblər.
“Qaçın burdan!”, - deyə azərbaycanlı azarkeşlər car çəkiblər.



Açar sözlər:

Oxunub: 1586