“Azərenerji“ işçilərinə niyə maaş vermir? - AÇIQLAMA


18:06     16 Oktyabr 2015 9f9b2c2d-326d-4cd8-bbae-e3404e070932_292.jpg


"Azərenerji" ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar. Bunu Femida.az-a "Azərenerji"nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: "Maliyyə çətinliyi tək bizdə deyil, hamıda var. Gələn həftə bütün əməkhaqları tam ödəniləcək".
Qeyd edək ki, "Azərenerji"nin əməkdaşlarının bir hissəsi iyul, digər hissəsi isə avqust ayından etibarən əməkhaqqı almırlar.

Açar sözlər:

Oxunub: 803