Qadının adına profil açıb pul tələb etdi - Bakıda şantaj
11:45 14 Dekabr 2018
Sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Femida.az-ın DİN-ə istinadən verdiyi xəbərə görə, Gəncə şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib. Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.
Femida.az
Oxunub: 1609
Oxşar xəbərlər
- Qadının ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır
- Qadının əllərini və ağzını bağlayaraq soydular - MƏHKƏMƏ
- Qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
- Qadının ölümünə səbəb olan sürücünün məhkəməsi olacaq
- Qadının çantasından 2 min manat oğurlanıb
- Qadının əl-qolunu bağlayan maskalı şəxslərin məhkəməsi başlayır
- Qadının evinə basqın edən şəxslərə hökm oxunub
- Qadının ölümünə səbəb olan sürücü apelyasiya şikayəti verdi
- Qadının daxili orqanından narkotik vasitə çıxdı
- Qadının bank hesabından pul oğurlanıb