Avtobus piyadanı vurub öldürüb


12:44     14 Dekabr 2018 astarada-piyadan-vurub-ldrdlr_1.jpeg

Dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 389