Dini qurumlar müzakirə ediləcək

Dini qurumlar müzakirə ediləcək


12:50     14 Dekabr 2018 dini%20qur.jpg

Dekabrın 17-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçiriləcək.


Femida.az xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası rəhbərliyi, millət vəkilləri və media nümayəndələri iştirak edəcək.

Konfransın keçirilməsində məqsəd sosial şəbəkələrdə dini qurumların fəaliyyətinin müzakirəsidir.

Qeyd edək ki, konfrans Bakı şəhəri, “Dubai İnternational” otelində (Ünvan: Mikayıl Müşfiq küçəsi 2A) saat 11:00-da başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 247