Daha bir süpürgəçi qadın qəza nəticəsində öldü


13:10     14 Dekabr 2018 supurgeci9.jpg

Bakıda marşrut avtobusu qadın piyadanı vuraraq öldürüb.


Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun “Koroğlu” stansiyasında xadimə işləyirmiş.

Femida.az

Açar sözlər:

Oxunub: 742