Əcnəbilərə qanunsuz ov təşkil edən şirkətlərə BƏD XƏBƏR


15:46     14 Dekabr 2018 qanunsuz%20ovcu.jpg

Vəhhşi heyvanların istifadəsi və ya qanunsuz ovlanması üçün ödəmələrin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə əsasən tənzimlənir.

Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, bu normativ sənədə əsasən həmin quşların qeyri-qanuni ovlanması və tutulmasına görə təbiətə dəymiş ziyanın miqdarı bir baş şahin quşu üçün 1100 manat, bir baş bəzgək üçün 330 və dovdaq üçün isə 550 manat müəyyən edilib:

"Eyni zamanda dövlət təbiət qoruqlarının ərazilərində və milli parkların xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş vəhşi heyvan növləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə ödəmələr hər bir növ üçün vəhşi heyvan növü üzrə təyin olunmuş məbləğ üçqat ölçüdə, yəni şahin quşu üçün 3300 manat, bir baş bəzgək üçün 990 və dovdaq üçün isə 1650 manat məbləğində hesablanır. Beləliklə, bir baş şahin quşunun qeyri-qanuni ovlanması və tutulması artıq cinayət tərkibi yaratmış olur. Bəzgək və dovdaq quşlarına gəldikdə isə onların xüsusi mühafizə olunan təbiət ərazilərində 1 baş, digər ərazilərdə isə müvafiq olaraq 2 və 3 baş ovlanması cinayət tərkibi yaradır".

O, qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258-ci maddəsinə əsasən lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda (400 manatdan 1000 manatadək) ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

"Eyni əməllər külli miqdarda (1000 manatdan artıq olan məbləğ) ziyan vurulmaqla, partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan başqa üsullardan istifadə etməklə, ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı, qoruqların ərazisində və törədildikdə isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


Femida.az

Açar sözlər:

Oxunub: 643