İlham Əliyev İranın milli təhlükəsizlik nazirini qəbul edib - YENİLƏNDİ
17:01 14 Dekabr 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvini qəbul edib.
Femida.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-İran əlaqələrinin çox uğurla inkişaf etdiyini və bu gün yüksək səviyyədə olduğunu dedi. Prezident İlham Əliyev həm özünün İrana, həm də İran Prezidentinin Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq bu səfərlərin münasibətlərimizin möhkəmlənməsində rolunu qeyd etdi. Xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyən Prezident İlham Əliyev bu gün bizim dost və qardaş iki ölkə kimi əlaqələrimizin genişləndiyini vurğuladı.
Dövlətimizin başçısı ölkələrimizin ikitərəfli əsasda imzaladığı sənədlərin uğurla icra edildiyini bildirdi. Prezident İlham Əliyev İran İslam Respublikasının informasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
İnformasiya və milli təhlükəsizlik naziri Seyid Mahmud Ələvi, ilk növbədə, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, Prezident Həsən Ruhani Azərbaycan Prezidenti barəsində danışan zaman onu bir qardaş kimi görür və hər zaman Prezident İlham Əliyevin qurucu insan olduğunu qeyd edir. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Femida.az
Oxunub: 443
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib