Şəhid ailələrinə ev verilib


18:41     16 Oktyabr 2015 evv4.jpg

Bakı şəhəri, Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində hazır yaşayış binalarından alınaraq təmir etdirilən 47 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.


Femida.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsi bu barədə məlumat yayıb.

Məlumata görə, mənzillərin təqdim olunması zamanı ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev sosial cəhətdən həssas qruplardan olan insanların rifah halının yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi istiqamətində ilbəil geniş vüsət alan tədbirlərdən bəhs edib.

Ç.Əliyev bildirib ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən, ilkin mərhələdə Azərbaycanda 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb və ötən həftə onlardan inşası yekunlaşan 41 ev artıq istifadəyə verilib: "Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli (ümumilikdə 238 mənzil) olan yaşayış binaları da inşa edilir. Bununla yanaşı, Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması və təmir etdirilməsi işləri görülür. Onlardan artıq təmir işləri yekunlaşan 47 mənzil bu gün müharibə əlilləri və şəhid ailələrinə təqdim edilir. Yaşayış binalarından mənzillərin satın alınması bununla əlaqədar tender elan olunmaqla onun nəticələrinə əsasən həyata keçirilir və hazırda yeni mənzillərin alınması istiqamətində işlər davam etdirilir".

Daha sonra yeni mənzillərə baxış keçirilib. Ailə üzvlərinin sayına olaraq təqdim olunan, hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb./report/

Açar sözlər:

Oxunub: 823