Yevlax sakini pul kartından 5 min manat oğurladı, tutuldu

Yevlax sakini pul kartından 5 min manat oğurladı, tutuldu


20:43     14 Dekabr 2018 18_12_14_1544804409.jpg

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından təxminən 5 min manatın çıxarıldığını bildirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Murad Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 246