Düşmən ordusunda itki: 1 ölü, 1 yaralı


18:44     16 Oktyabr 2015 dw.men.jpg


Ermənistanın Tavuş rayonunda hərbi yük avtomobili dərəyə aşıb. Femida.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 1 hərbçi ölüb, 1 nəfər yaralanıb.


Qəzada ölən 50 yaşlı hərbi qulluqçu Babken Saruxanyandır. 48 yaşlı zabit Artak Andresyan isə ağır vəziyyətdə hospitala yerləşdirilib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat mərkəzi xəbəri təsdiqləyib. Məlumatda bildirilir ki, yol-nəqliyyat hadisəsi Koti kəndindən hərbi hissəyə gedən yolda baş verib. “Zil-131” markalı maşın dərəyə aşıb.

Faktla bağlı cinayət işi açılıb.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1181