İntihardan son anda xilas edilmişdi - Bir neçə gün sonra öldü


09:13     15 Dekabr 2018 xestexana_01254.jpg

Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb.

Femida.az "Report"a istinadən bildirir ki, dekabrın 10-da özünü asmaq istəyən rayon sakini anası tərəfindən xilas edilib. Xəstənin vəziyyəti ağır olduğundan Bakı şəhər xəstəxanalarından birinə yerləşdirilib. Lakin həkimlərin cəhdlərinə baxmayaraq, o, bir neçə gün sonra ölüb.

Qeyd edək ki, rayon sakini, 1977-ci il təvəllüdlü T.M. (ad şərtidir-red) bir neçə gün əvvəl özünü yaşadığı evdə asaraq intihar etmək istəyib

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 591


Oxşar xəbərlər