Maşın təmiri sexi yanıb


09:20     15 Dekabr 2018 yangin_38673636.jpg

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli mansarda tipli tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) mansardında yerləşən kafenin və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Femida.az FHN-ə istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 379