Evlənmək məqsədilə 10 qız qaçırılıb - Azərbaycanda


10:24     15 Dekabr 2018 qizqacirmaqacir.jpg

Azərbaycanda 2018-ci ilin birinci yarısında 10 qız evlənmək məqsədilə qaçırılıb.


Femida.az xəbər verir ki, bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, cari ilin birinci yarısında ümumi cinayətlərdən 13-ü adam oğurluğu ilə bağlı olub.
2018-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 12844 cinayət faktı qeydə alınıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricilərinə nisbətən 2.6 faiz azdır.

Şəxsiyyət əleyhinə qeydə alınmış 2476 cinayətin 129-u şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərdir. Bunlardan 12-si zorlanma ilə bağlıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 650