Rüstəm Orucov yarımfinala vəsiqə qazandı


10:28     15 Dekabr 2018 2018/12/rustem_1544855386.jpg

Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən "World Master" turnirində yarımfinala vəsiqə qazanıb.


Femida.az xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı mübarizəyə 1/8 finaldan başlayıb və ardıcıllıqla iranlı Məhəmməd Məhəmmədi ilə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.

O, yarımfianlda Cənubi Koreyadan olan Çan-Qrim Anomla üz-üzə gələcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya tatami üzərinə çıxacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 649