Maşından pirotexnika və siqaret aşkarlanıb
12:04 15 Dekabr 2018
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az -a verilən xəbərə görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin sağ və sol karnizlərinin üzərindən “Thunder King” yazısı olan 1080 ədəd pirotexniki vasitə və “Milano” markalı 2000 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 428
Oxşar xəbərlər
- Maşından külli miqdarda pul oğurlandı
- Maşından 2 kq-dan artıq heroin götürüldü
- Maşından meyit tapıldı
- Maşından 3 qadın və 1 kişinin meyiti belə çıxarıldı (18+VİDEO)
- Maşından bank kartı oğurlayıb pul çıxardı
- Maşından 2000 manatlıq oğurluq olub
- Maşından oğurluq edən şəxslər tutulub
- Maşından “TT” markalı tapança çıxdı
- Maşından 14 min manat oğurlanıb
- Maşından yarım kilo heroin çıxdı