Türkiyə qoşunları Suriya sərhədinə çatdı
15:43 15 Dekabr 2018
Ərdoğanın əməliyyat açıqlamasından sonra hərbi birliklər Suriya sərhədinə göndərilib.
Türkiyənin müxtəlif bölgələrindən yola çıxan hərbi birliklərin ilk hissəsi Suriya sərhədinə çatıb.
Femida.az "Haber7"ə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Suriyanın şimal-şərqində bir neçə gün içərisində əməliyyata başlayacağını açıqlamasından sonra hərbi birliklər Suriya sərhədinə göndərilib.
Ərdoğan deyib ki, Fəratın şərqində PYD/YPG terror təşkilatının nəzarətindəki bölgədə aparılacaq əməliyyat bir neçə gün ərzində başlayacaq. Bu açıqlamadan sonra başda Hatay və Kilis bölgələri olmaq üzrə bir çox hərbi birliklər Suriya sərhədindəki Şanlıurfaya göndərilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) Azad Suriya Ordusu (ASO) ilə birgə Suriyanın şimalında 550 kilometrlik sərhəd zolağını işğal edən PKK terror təşkilatına qarşı əməliyyata hazırlaşır.
Əməliyyat zamanı əsas hədəf Tel Abyad, Rasul Ayn və Ayn el Arab bölgələri olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri güclü zərbələrlə dağıdılacaq.
Türkiyə qırıcıları və pilotsuz uçuş aparatları da sərhəd xəttində patrul uçuşları ilə hazırlıqlara dəstək verir. Sərhəd xəttində bəzi bölgələrdə beton blokların aradan qaldırılması işləri də başlayıb. Quru əməliyyatı zamanı tank, zirehli texnika və şəxsi heyətin keçidi beləcə asanlaşacaq.
Oxunub: 535
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib
- Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxlanılıb
- Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib
- Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi imzalayacaq