Baş nazir təyinatından 2 ay sonra istefa verməli oldu


15:55     15 Dekabr 2018 18_12_15_1544868684.jpg

Şri-Lankanın baş naziri Mahinda Radjapaksa istefa verib.

Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gün siyasətçinin oğlu bildirmişdi ki, atası ölkədə stabilliyi təmin etmək üçün istefa verməyə hazırlaşır.

Baş nazir postuna prezidentin bir neçə ay əvvəl istefaya göndərdiyi Ranil Vikramasinqxenin qayıdacağı bildirilir.

Qeyd edək ki, ölkədə siyasi böhran bu ilin oktyabrın 26-da Mahinda Radjapaksanın baş nazir postuna gəlməsindən sonra başlayıb. Belə ki, onun əvəzlədiyi Ranil Vikramasinqxe ölkə konstitusiyasına uyğun olaraq hökumət başçısı postunda qalacağını bəyan edib. Dekabrın 13-də Şri-Lanka Ali Məhkəməsi Radjapaksanın baş nazir funksiyasını yerinə yetirmək haqqına sahib olmadığına dair qərar çıxarıb.

Açar sözlər:

Oxunub: 502