“Qarabağ“ nə vaxt Monakoya yollanır?


19:19     16 Oktyabr 2015 c6ebcc5a-bd32-4e8f-a845-4af673310f8a.jpg

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" klubunun "Monako" ilə oyun üçün səfər planı məlum olub.


Klubun baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında komandanın oktyabrın 20-də yola düşəcəyini bildirib.

Ağdam təmsilçisini Monakoya aparacaq təyyarə Heydər Əliyev adına Hava Limanından saat 18:00-da uçacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda çarter reysi ilə birbaşa Monakoya gedəcək.

Geri dönüş isə oktyabrın 22-də keçiriləcək oyundan sonraya planlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Monako" - "Qarabağ" qarşılaşması Bakı vaxtilə saat 22:00-da start götürəcək. Oyun II Lui stadionunda keçiriləcək.

Açar sözlər:

Oxunub: 774