Mikayıl Cabbarov əmr imzaladı
19:32 16 Oktyabr 2015
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə əmr imzalayıb.
Nazirlikdən Femida.az-a bildirilib ki, əmrə əsasən, Azərbaycanın 12 rayon və şəhərində keçirilməsi nəzərdə tutulan qiymətləndirmənin tarixləri müəyyənləşdirilib.
Əmrdə qeyd olunub ki, noyabr-dekabr aylarında Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
İlk sınaq qiymətləndirmə Masallı Olimpiya İdman Kompleksində 28-30 noyabrda Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək. Dekabrın 4-7-də İmişli , Saatlı, Sabirabad, Şirvan, Hacıqabul rayon müəllimləri Sabirabad Olimpiya İdman Kompleksində, dekabrın 11-12-də Xaçmaz rayon müəllimləri Xaçmaz Olimpiya İdman Kompleksində, dekabrın 16-20-də Sumqayıt şəhəri, Abşeron, Qubadlı rayon müəllimləri Sumqayıt Olimpiya İdman Kompleksində imtahan verəcəklər. Dekabrın 24-25-də isə Gəncə müəllimləri Gəncə Olimpiya İdman Kompleksində imtahan verəcəklər.
Qeyd edək ki, 2016-cı ilin yanvarından həmin rayon və şəhər müəllimlərinin əmək haqlarının artırılması planlaşdırılır.
Oxunub: 1269
Oxşar xəbərlər
- Mikayıl Cabbarovun vətəndaşlarla görüşü təxirə salındı
- Mikayıl Cabbarov kollektivə təqdim edilib
- Mikayıl Cabbarov vergilər naziri kimi ilk çıxışını etdi
- Mikayıl Cabbarov vergilər naziri təyin edildi
- Mikayıl Cabbarov Cocuq Mərcanlıya gedib
- Mikayıl Cabbarovdan əmr - Şagirdlәrin marağı nəzərə alınacaq
- Mikayıl Cabbarov əmr imzaladı
- Mikayıl Cabbarov Tovuzda vətəndaşları qəbul edib
- Mikayıl Cabbarov türkiyəli həmkarı ilə görüşüb
- Mikayıl Cabbarovdan `Son zəng` TƏBRİKİ