Salyanda ağır yol qəzası: 1 nəfər öldü


09:49     16 Dekabr 2018 qeza_yeni.jpg

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hundai" markalı avtomobil qarşıda gedən "Opel" markalı maşına arxadan çırpılıb. Nəticədə "Hundai"nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 521