Nəsimi rayonunda oğrular peyda olub


12:37     16 Dekabr 2018 ogurluq%20seyf.jpg

Nəsimi rayonunda paytaxt sakininin boynundan qızıl boyunbağısı oğurlanıb.

Femida.az oxu.az-a istinadən bildirir ki, hadisə Nəsimi rayonu, M.Cəfərov küçəsi 10 ünvanında baş verib.

Nəsimi rayonu, 20 Yanvar küçəsi bina 35, mənzil 129/130 ünvanında yaşayan Qəribov Orxan Qulaməli oğlu axşam saat 11 radələrində Nəsimi rayonu, M.Cəfərov küçəsi 10 ünvanında dayanan zaman tanımadığı iki nəfər şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxslər onun gözünə sprey sıxaraq boğazındakı qızıl boyunbağını qopardaraq hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma başladılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 520