Oqtay Əsədov Gürcüstana gedib


14:02     16 Dekabr 2018 OQTAY%20ESEDOV%20ERMEISTAN%20FEMIDA.jpg

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində iştirak etmək üçün Tbilisiyə yola düşüb.

Femida.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov daxildir.

Qeyd edək ki, S.Zurabişvilinin andiçmə mərasimi bu gün Telavi şəhərində saat 15:00-da keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 527