Bu azərbaycanlı Türkiyə klubunun baş məşqçisi olur


15:48     16 Dekabr 2018 futbolcu.jpg

Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.

Femida.az qaynarinfo-ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Sivasspor"la oyundan sonra çalışdırıcını istefaya göndərib.

Gazetekazan.com saytının məlumatına görə, "Ankaragücü" klubunun rəhbərliyi baş məşqçi postuna Arif Əsədovu təyin etmək istəyir. İddia olunur ki, hətta yayda da azərbaycanlı məşqçinin Ankara klubunu çalışdırma imkanı olub. Lakin həmin vaxt rəhbərlik Türkiyə futboluna daha yaxşı bələd olan İsmail Kartala üstünlük verib.

İndi isə rəhbərlik Arif Əsədovu istəyir. Danışıqların bir neçə gün ərzində yekunlaşması gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 453