Gürcüstanın ilk qadın prezidenti and içdi
16:35 16 Dekabr 2018
Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.
Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.
Andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb. Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
S.Zurabişvili prezident səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə and içib: “Mən, xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam”.
Dövlət başçısı məqsədinin Gürcüstanın Avropalı gələcəyinin dönməzliyinə nail olmaqdan ibarət olduğunu deyib: “Bizim əsas hədəfimizə heç nə mane ola bilməz”.
O, Gürcüstanın hər bir vətəndaşının prezidenti olacağı, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə söz verib: “Mən qanunun aliliyini təmin edəcəyəm, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və siyasi mədəniyyətin inkişafının qayğısına qalacağam”.
Mərasimdən sonra Vaja Pşavela adına Telavi Dövlət Dram Teatrında S.Zurabişvilinin adından təntənəli qəbul təşkil olunub.
S.Zurabişvili Gürcüstanın sayca beşinci prezidenti, ölkənin tarixində isə birinci qadın dövlət başçısı olub. Xanım prezident 6 il müddətinə dövlət başçısı vəzifəsini yerinə yetirəcək. / Report
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- Gürcüstanın XİN başçısı Azərbaycana başsağlığı verib
- Gürcüstanın Baş naziri Azərbaycana gəlir
- Gürcüstanın keçmiş müdafiə naziri beş il müddətinə həbs olunub
- Gürcüstanın Azərbaycana 5 milyon dollar borcu var
- Gürcüstanın baş naziri bu gün Ərdoğanla görüşəcək
- Gürcüstanın Baş naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
- Gürcüstanın Ukraynadakı səfiri Kiyevə dönüb
- Gürcüstanın Avropa İttifaqındakı səfiri istefa verdi
- Gürcüstanın XİN başçısı sabah Türkiyəyə səfər edəcək
- Gürcüstanın Baş naziri Azərbaycan Prezidentini təbrik etdi