Bakıda pikap aşdı, 2 yaralı var - Foto


18:33     16 Dekabr 2018 18_12_16_1544969743.jpg

Bakıda iki minik avtomobili toqquşub.

Femida.az “Publika.az”a istinadən xəbər verir ki, bu gün saat 13 radələrində Xətai rayonu ərazisində - Ukrayna dairəsində “Mitsubishi L200” markalı pikapla “BMW” markalı minik avtomobili toqquşub. Nəticədə pikap aşıb. Qəza zamanı 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, sürücülər həmin ərazidə hərəkətin nizamlanmasında problemin olduğunu bildiriblər və tez-tez qəzaların baş verdiyini deyiblər.

Açar sözlər:

Oxunub: 483