Avstraliyada zəlzələ olub


20:20     16 Dekabr 2018 18_12_16_1544975771.jpg

Avstraliyada 5.6 bal gücündə zəlzələ baş verib. Femida.az Trend-ə istinadən bildirir ki, zəlzələ Qərbi Avtsraliya ştatında baş verib.

Hadisə yerli vaxtla saat 14:26-da qeydə alınıb. Zəlzələnin episentri Karnarvon şəhərindən 195 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Açar sözlər:

Oxunub: 414