Bərdədə dəhşət: Oğul anasını ərə getmək üstündə bıçaqlayıb + VİDEO


21:32     16 Dekabr 2018 18_12_16_1544981785.jpg

Bərdə rayonunda oğulun anasını bıçaqlamasının səbəbi məlum olub.
Yerli sakinlərin verdikləri məlumata görə, hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının buna qarşı çıxan övladı anasının istəyinə ehtiraz edib. Anası ilə küçədə mübahisə edən Telman Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. T.Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.




A.Vəliyeva əvvəlcə xəstəxananın Cərrahiyyə şöbəsinə, əməliyyat olduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)

Açar sözlər:

Oxunub: 2073