Tayvan sahillərində zəlzələ olub


09:20     17 Dekabr 2018 zelzele3.jpg

Tayvan sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.

Femida.az-ın Tayvanın Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 10:24-də qeydə alınan yerlatı təkanların episentri Xualyan yaşayış məntəqəsindən 38,6 kilometr cənub-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 347